“Ermənistan Azərbaycan qarşısında götürdüyü öhdəlikləri yerinə yetirməlidir”.
Heftelik.az-ın məlumatına görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türk Dövlətləri Təşkilatının “Türk Əsri” çağırışı altında noyabrın 3-də Astanada keçirilən 10-cu yubiley Zirvə görüşündə çıxışında deyib.
O, Azərbaycanın işğala son qoyduğunu açıqlayıb: “Yaranmış bu fürsətin dəyərləndirilməsi ən böyük arzumuzdur. Ermənistanın Azərbaycana yönəlik öhdəliklərini yerinə yetirməsi mühümdür. Naxçıvanı Azərbaycanın qərb rayonları ilə birləşdirəcək nəqliyyat xəttinin həyata keçirilməsi də böyük önəm daşıyır. Bu xəttin açılması bütün bölgə ölkələrinin ciddi rifahına töhfə verəcək. Eyni zamanda, Türkiyəni də ata yurdumuz Mərkəzi Asiyaya bağlayacaqTürk dünyası olaraq Azərbaycana dəstəyimizi davam etdirəcəyik”.