Qida məhsullarının istehsal fəaliyyəti ilə məşğul olan qida subyektləri mikrobioloji göstəricilərə münasibətdə nümunələrin götürülməsini təmin etməlidirlər.
Heftelik.az-ın məlumatına görə, bu, “Qida məhsulları üçün mikrobioloji göstəricilərə dair sanitariya normaları və qaydaları”nda əksini tapıb.
Qida təhlükəsizliyi sahəsində səlahiyyətli orqan tərəfindən istehsal proseslərinin qabaqcıl gigiyena təcrübələrinə və HACCP prinsiplərinə müvafiq aparılmasını yoxlamaq və ya təsdiqləmək üçün qida subyektlərinin mikrobioloji göstəricilərə uyğun müayinələrinin (analitik istinad metodunun) həyata keçirilməsini təmin etməlidir.