Dirəklər üzən damın (pontonun) yüksəklikdə yerləşmə dayanıqlığını təmin etməli, dam və ponton altında lazımi işlərin aparılmasına imkan verməlidir.
Heftelik.az-ın məlumatına görə, bu “Magistral neft kəmərlərinin istismarında texniki təhlükəsizlik Qaydaları”nda əksini tapıb.
Təmir işləri aparılarkən işçi yerlərin həddən artıq yüklənməsi qadağandır. Çənin təmiri zamanı istifadə ediləcək material, avadanlıq və tərtibatlardan yaranan yüklənmə təmir layihəsinə uyğun olmalıdır.