19-20 sentyabr 2023-cü ildə aparılan lokal antiterror tədbirlərindən sonra Azərbaycan Respublikasının suverenleyini tam olaraq yenidən bərpa etməsini məmuniyyətlə qarşılayır və Azərbaycan Respublikası hökumətinin yenidən bütövləşmə uğrunda fəaliyyətini dəstəklədiyimizi təsdiq edirik.
Heftelik.az-ın məlumatına görə, bu barədə noyabrın 3-də Astanada Türk Dövlətləri Təşkilatının “Türk Əsri” çağırışı altında keçirilən 10-cu yubiley Zirvə görüşündə qəbul edilmiş Bəyannamədə bildirilib.
Bəyannamədə vurğulanıb ki, Azərbaycanda münaqişədən sonrakı bərpa və yenidənqurma işlərinə bu günə qədər üzv dövlətlər tərəfindən göstərilən dəstək alqışlanılır.
TDT-yə üzv dövlətlər bu istiqamətdə dəstəklərini bundan sonra davam etdirməyə hazır olduqlarını bir daha bəyan ediblər.