Qeyri-hökumət təşkilatının və xarici qeyri-hökumət təşkilatının nümayəndəliyinin və ya filialının yaradılması barədə qərarda onların icra orqanlarının tərkibi və səlahiyyətlərinin müddəti göstərilməlidir.
Heftelik.az-ın məlumatına görə, bu, “Qeyri-kommersiya qurumlarının dövlət qeydiyyatının aparılması Qaydaları”nda əksini tapıb.
Qeyri-hökumət təşkilatının nümayəndəliyi və filialının, habelə xarici qeyri-hökumət təşkilatının nümayəndəliyinin və ya filialının əsasnaməsində onu yaratmış təşkilatın adı, dövlət qeydiyyatı haqqında məlumatlar (qeydiyyat tarixi, nömrəsi, olduğu yer (hüquqi ünvanı), onun qeydiyyatını aparmış qurumun adı) eləcə də, nümayəndəliyin və ya filialın hüquqi ünvanı, hüquq və vəzifələri, fəaliyyətinin predmeti, idarə edilməsi qaydası, rəhbərinin (rəhbərin müavininin) səlahiyyətləri və səlahiyyət müddəti, ləğv olunması qaydası və təsisçi tərəfindən zəruri hesab edilən digər məsələlər göstərilməlidir. Xarici qeyri-hökumət təşkilatının nümayəndəliyinin və ya filialının qeydiyyatı ilə bağlı sazişdə onun qüvvədə olma müddəti göstərilməlidir.