Hindistan-Nepal sərhədində güclü zəlzələ olub.
Heftelik.az-ın məlumatına görə, Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi zəlzələnin maqnitudasının 6, ABŞ Geoloji Xidməti 5,6, Hindistan Seysmoloji Mərkəzi isə 6,4 olduğunu açıqlayıb.
Zəlzələnin ocağı Nepalın 9 min nəfərə yaxın əhalisi olan Cumla şəhərindən 36 kilometr Cənub-Şərqdə və təxminən 182 min nəfərin yaşadığı Hindistanın Bəhraiç şəhərindən 166 kilometr Şimal-Şərqdə yerləşib. Hindistanın paytaxtı Yeni Dehlidə də binalar silkələnib.
Zəlzələ nəticəsində Nepalda 140 nəfər ölüb, 100 nəfər yaralanıb.