Qida məhsullarında insan sağlamlığı üçün risk təşkil edən miqdarda mikroorqanizmlər və ya onların toksinləri və metabolitləri olmamalıdır.

Heftelik.az-ın məlumatına görə, bu, “Qida məhsulları üçün mikrobioloji göstəricilərə dair sanitariya normaları və qaydaları”nda əksini tapıb.

Bu Qaydaların tələblərinə əməl edilməsinə nəzarət qida təhlükəsizliyi sahəsində səlahiyyətli orqan tərəfindən həyata keçirilir.