Qida obyektlərinə dair ümumi gigiyena tələbləri məlum olub.
Heftelik.az-ın məlumatına görə, bu, “Qida obyektlərinə dair gigiyena tələbləri”ndə əksini tapıb.
Qida obyektləri təhlükəsizlik tədbirlərindən sonra da, məhsulun yararlılıq və təhlükəsizliyini şübhə altına ala biləcək aşağıda göstərilmiş ərazilərdən kənar yerlərdə yerləşdirilməlidir:
– qida məhsullarının çirklənməsi üçün təhlükə kəsb edən çirkli ətraf mühitə malik ərazilər, yüksək sənaye aktivliyinə malik ərazilər;
– təhlükəsizlik tədbirləri görülməmiş sel sularına məruz qalmış ərazilər;
– parazitlərlə yoluxmaya məruz qalmış ərazilər;
– bərk və ya maye tullantıların kənarlaşdırılması mümkün olmayan ərazilər.
Qida obyektləri sanitariya-gigiyenik cəhətdən qənaətbəxş, təmiz və texniki işlək vəziyyətdə saxlanılmalıdır.