Azərbaycan Kinematoqrafçılar İttifaqının İdarə Heyətinin iclası keçirilib.
Heftelik.az-ın məlumatına görə, İttifaqa yeni üzvlər qəbul olunub.
Bundan əlavə, AKİ və ARKİ-nin birləşməsinə dair qurultay məsələləri müzakirə olunub.
Birləşmiş ittifaqın sədrliyinə namizəd yekdilliklə Xalq artisti Rasim Balayev göstərilib.