Bakıda ana və qızı bindan yıxılıb.

Heftelik.az-ın APA-ya istinadən verdiyi məlumata görə, hadisə bu gün Qaradağ rayonu, Sahil qəsəbəsində qeydə alınıb.

1984-cü il təvəllüdlü Pərvanə Tarverdiyeva və qızı 2008-ci il təvəllüdlü Z. Tarverdiyeva 9-cu mərtəbədən yıxılıb.

Nəticədə ana ölüb, qızı ağır xəsarət alıb.

Hadisənin intihar olub-olmaması araşdırılır.

***

saat 14.39

Bakıda dəhşətli iihar hadisəsi baş verib.

Heftelik.az-ın Lent.az-a istinadən verdiyi məlumata görə,  hadisə bu gün paytaxtın Qaradağ rayonu, Sahil qəsəbəsində qeydə alınıb.

Ana azyaşlı qızı ilə birgə özünü 9-cu mərtəbədən atıb.

Nəticədə ana ölüb, qız isə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Hadisənin motivi məlum deyil.

Faktla bağlı araşdırma aparılır.