Jurnalist Əli Fərəcov vəfat edib.
Heftelik.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.
Mərhumun cansız bədəni anasının Maştağa qəbiristanlığında yerləşən məzarı başında tapılıb.
Noyabrın 4-ü mərhumun anasının vəfatımın ildönümü olub. Ə.Fərəcov da bu məqsədlə anasının qəbrini ziyarət etməyə gedib.
Qeyd edək ki, mərhum jurnalist “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin əməkdaşı olub. O, həmçinin uzun illər idman jurnalistikası sahəsində çalışıb.