Tavan (yaxud, tavanın olmadığı yerlərdə damın daxili səthi) və tavanda olan qurğular tozun və çirkin toplanması və kondensatın azaldılması, arzuolunmaz kifin çoxalması, toz və kənar hissəciklərin iş yerlərinə düşməsinin qarşısını alan formada qurulmalıdır.

Heftelik.az-ın məlumatına görə, bu, “Qida obyektlərinə dair gigiyena tələbləri”ndə əksini tapıb.

Pəncərə və digər açılan hissələr çirkin toplanmasının qarşısını alacaq formada qurulmalıdır. Xaricə açılan pəncərələr həşəratların daxilə keçməsinin qarşısını alan və təmizləmə zamanı asanlıqla çıxarılan qoruyucu tor örtüklə təmin olunmalıdır. Açıq pəncərələrin çirklənməyə səbəb olacağı hallarda pəncərələr qida məhsulları sahəsində fəaliyyət zamanı bağlı saxlanmalıdır.