İşlərin aparılması layihəsi təsdiq edilmədən təmir işlərinin aparılması qadağandır.
Heftelik.az-ın məlumatına görə, bu “Magistral neft kəmərlərinin istismarında texniki təhlükəsizlik Qaydaları”nda əksini tapıb.
Çəndə odlu işlərə başlamazdan əvvəl yerinə yetirilməlidir:
– təmir olunacaq çəndən qonşu çənlərə (bənd daxilindəki) neftin vurulması-boşaldılması əməliyyatları dayandırılmalı və təmir başa çatana qədər aparılmamalıdır, qonşu çənlərin damındakı qurğular maksimum dərəcədə kipləşdirilməli, qoruyucu hidravlik klapanlarda yağın səviyyəsi yoxlanılmalı və lazım gələrsə doldurulmalıdır;
– yaxınlıqdakı çənlərin (təmir olunacaq çəndən 40 m məsafədə yerləşən) və boru xətlərinin bütün siyirtmələri, su kranları, kanalizasiya quyuları və siyirtmə qovşaqları keçə ilə örtülməli və ilin isti vaxtlarında su ilə isladılmalıdır:
– qığılcımın ətrafa sıçramaması (səpələnməməsi) üçün elektrik-qaynaq işləri aparılan yerlər səyyar metal və digər 1×2 m ölçülü yanmayan lövhələrlə çəpərlənməlidir.