Partlayış təhlükəli zonalarda quraşdırılan nəzarət-ölçü cihazlarının və avtomatika vasitələrinin təmiri zamanı ətraf mühitin qazlılığı yoxlanılmalıdır.

Heftelik.az-ın məlumatına görə, bu “Magistral neft kəmərlərinin istismarında texniki təhlükəsizlik Qaydaları”nda əksini tapıb.

Əgər təmir zamanı neft buxarlarının qatılığı buraxılabilən həddən yüksəkdirsə işlər dayandırılmalı və işçilər təhlükəli zonadan çıxarılmalıdır.