İbtidai araşdırma zamanı şübhəli və ya təqsirləndirilən şəxs, mülki iddiaçı, mülki cavabdeh, zərər çəkmiş şəxs, zərər çəkmiş şəxsin və təqsirləndirilən şəxsin hüquqi varisi, xüsusi ittihamçı, onların qanuni nümayəndələri və nümayəndələri, barəsində cinayət-hüquqi tədbirlərin tətbiq edilməsi üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsi, şahid, ekspert, mütəxəssis, tərcüməçi, yaxud məhkumun videokonfrans əlaqə sistemindən istifadə edilməklə dindirilməsi müstəntiqin və ya ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun əsaslandırılmış qərarı ilə həyata keçirilir.

Vəkil Elməddin Məhərrəmov Heftelik.az-a bildirib ki, bu, Cinayət-Prosessual Məcəllədə əksini tapıb.

Həmin şəxslər dindirmənin videokonfrans əlaqə sistemindən istifadə edilməklə keçirilməsi barədə vəsatət verə bilər. Videokonfrans əlaqə sistemindən istifadə edilməklə dindirilmiş şəxs cinayət prosesi tərəflərinin vəsatəti ilə təkrarən bilavasitə dindirilə bilər.