Göstəricilərə uyğunluğun müəyyən edilməsi məqsədilə nümunələr istehsal sahələrindən və istehsal prosesində istifadə olunan avadanlıqların üzərindən götürülməlidir.
Heftelik.az-ın məlumatına görə, bu, “Qida məhsulları üçün mikrobioloji göstəricilərə dair sanitariya normaları və qaydaları”nda əksini tapıb.
Bu zaman nümunə götürülməsi üçün istinad metodu İSO 18593:2018 nömrəli beynəlxalq standarta uyğun olmalıdır.