Rusiya-Ukrayna müharibəsində daha bir azərbaycanlı həlak olub.

Heftelik.az Rusiya KİV-nə istinadən xəbər verir ki, Rusiyanın Petrozavodsk şəhər sakini, 1982-ci il təvəllüdlü Əkbərov Babək Eldar oğlu Ukraynada döyüşlərdə həlak olub.

Əslən Masallı rayonunun Rüdakənar kəndindən olan Babək Əkbərovun cənazəsi dəfn olunması üçün Azərbaycana göndərilib və o, doğma kəndində dəfn edilib.