Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi ilə əlaqədar Ucar Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Tarixi Zəfərimiz Heydər Əliyev siyasətinin təntənəsidir” mövzusunda konfrans keçirilib.
Heftelik.az-ın məlumatına görə, tədbirdə Ucar Rayon İcra Hakimiyyətinin Başçısı Mənsur Məmmədov, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatlarının əməkdaşları, şəhid ailələri, Qarabağ müharibəsi əlilləri, müharibə iştirakçıları və rayon ictimaiyyəti iştirak edib.
Əvvəlcə tədbir iştirakçıları tərəfindən Ümummilli Lider Heydər Əliyevin abidəsinin önünə gül dəstələri qoyulub.
Tədbirdə Ucar Rayon İcra Hakimiyyətinin Başçısı Mənsur Məmmədov çıxış edərək Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində qazanılan qələbənin Azərbaycan tarixinin ən parlaq səhifələrindən biri kimi yaddaşlara həkk olunduğunu bildirdi. Qeyd edildi ki, əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş ordu quruculuğu strategiyasının Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində Qarabağ azad edilib və Azərbaycanın ərazi bütövlüyü və suverenliyi tam bərpa edilib. Xankəndi şəhərində Azərbaycan bayrağının dalğalanması bizim tarixi qələbəmizdir. Bu gün Qarabağda böyük miqyaslı quruculuq və bərpa işləri həyata keçirilir. Milli-mədəni abidələrimiz bərpa edilir.
Daha sonra şəhid anası Xəysə Cavadova, Boyat kənd tam orta məktəbin tarix müəllimi Aynur Yusifova, Qarabağ Əlilləri və Şəhid ailələri İctimai Birliyinin rayon şöbəsinin sədri Rahib Rəsulov, Qaracallı kənd 2 nömrəli tam orta məktəbin tarix müəllimi Ziya Mikayılov mövzu ətrafında çıxış ediblər.