Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə digər qayda nəzərdə tutulmadıqda, xaricdə tərtib olunmuş sənədlər həmin ölkədə Azərbaycan Respublikasının diplomatik nümayəndəliyi və ya bu ölkədə Azərbaycan Respublikasının mənafeyini təmsil edən digər ölkənin diplomatik nümayəndəliyi tərəfindən (belələri olmadıqda, Xarici İşlər Nazirliyinin Konsulluq idarəsi tərəfindən) leqallaşdırılmalıdır.

Heftelik.az-ın məlumatına görə, bu, “Qeyri-kommersiya qurumlarının dövlət qeydiyyatının aparılması Qaydaları”nda əksini tapıb.

Sənədlər 1961-ci il oktyabrın 5-də Haaqa şəhərində imzalanmış “Xarici rəsmi sənədlərin leqallaşdırılması tələbini ləğv edən Konvensiya”nın iştirakçısı olan dövlətlərdən daxil olduqda onlara həmin ölkənin səlahiyyətli orqanı tərəfindən apostil verilməlidir.