Prezident İlham Əliyev Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi qulluqçularına “general-mayor” ali hərbi rütbəsinin verilməsi haqqında Sərəncam imzalayıb.

Heftelik.az  xəbər verir ki, Sərəncama əsasən, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin aşağıdakı hərbi qulluqçularına “general-mayor” ali hərbi rütbəsi verilib:

  • polkovnik Fərid Əlibaba oğlu Əliyevə
  • polkovnik Namiq Süleyman oğlu Bayramova
  • polkovnik Müşfiq Xıdır oğlu Məmmədova.