Noyabrın 7-si gecə saatlarında Şəki şəhəri M.Abbasov küçəsində yerləşən fərdi yaşayış evində yanğın baş verib.
Heftelik.az-ın APA-ya istinadən verdiyi məlumata görə, yanğın zamanı evin konstruksiyaları tamamilə yanıb və ev sahibi, 1954- cü il təvəllüdlü Salmanova Ziyafət İdris qızının yanmış cəsədi aşkar edilib.
İlkin olaraq yanğının qaz sobasından baş verdiyi ehtimal edilir.