Sınaqların aparılması üçün bütün nəzarət-ölçü cihazları, siyirtmələr, müvəqqəti boru xətlərinin ventilləri torpaq bəndin xaricində yerləşdirilməlidir.
Heftelik.az-ın məlumatına görə, bu “Magistral neft kəmərlərinin istismarında texniki təhlükəsizlik Qaydaları”nda əksini tapıb.
Sınaq zamanı çənin damında deşik (dəlik, zədə), sızma və ya çat (qüsurun ölçüsündən asılı olmayaraq) aşkar olunarsa, sınaq işləri dayandırılmalıdır.