Mikroorqanizmlər, onların toksin və metabolitləri bakteriyalar, viruslar, maya və kif göbələkləri, yosunlar, parazitar ibtidailər, mikroskopik parazit helmintlər və onların toksinləri və metabolitləriir.
Heftelik.az-ın məlumatına görə, bu, “Qida məhsulları üçün mikrobioloji göstəricilərə dair sanitariya normaları və qaydaları”nda əksini tapıb.
Mikrobioloji göstərici qida məhsullarında, məhsul partiyasında və ya istehsal prosesində meyar olaraq götürülən mikroorqanizmlərin mövcud olması/olmaması, sayının və ya onların toksin və metabolitlərinin miqdarının kütlə, həcm, sahə yaxud partiya vahidinə görə müəyyənləşdirilmiş göstəricidir.