Azərbaycan Prezidenti İlham Əliyevin Zəfər Günü münasibətilə bu gün imzaladığı Sərəncamla təltif edilən 1262 nəfər arasında 19–20 sentyabr 2023-cü il tarixlərində Qarabağda aparılan lokal xarakterli antiterror tədbirləri zamanı şəhid olan 206 hərbi qulluqçu da yer alır.
Heftelik.az-ın məlumatına görə, eyni zamanda, 19 sentyabr 2023-cü il tarixində Əhmədbəyli–Füzuli–Şuşa yolunun 58-ci kilometrliyində mina partlayışı nəticəsində şəhid olan 8 polis əməkdaşı da təltif olunanlar arasındadır.
Qeyd edək ki, bu gün Prezident İlham Əliyevin Sərəncamı ilə bir qrup hərbi qulluqçu təltif edilib.