Qida obyektlərində sahələrin layihələndirilməsi, quruluşu və yerləşməsinin hansı qaydada təmin edilməli olduğu açıqlanıb.
Heftelik.az-ın məlumatına görə, bu, “Qida obyektlərinə dair gigiyena tələbləri”ndə əksini tapıb.
Qida obyektlərində sahələrin layihələndirilməsi, quruluşu və yerləşməsi aşağıdakı qaydada təmin edilməlidir:
– texniki xidmətə, təmizlik və dezinfeksiya işlərinin aparılmasına imkan yaratmaq, hava vasitəsi ilə çirklənməyə yol verməmək və ya belə halların baş verməsini minimuma endirmək, həmçinin qida məhsulları sahəsində bütün fəaliyyətlərin gigiyena tələblərinə uyğun aparılmasına imkan verən iş sahəsi ilə təmin etmək;
– əsas və yardımçı sahələrin çirklənməsini, toksiki materiallarla təmasları, kənar hissəciklərin qidaya qarışmasını, həmçinin kondensatın və səthdə kifin əmələ gəlməsini istisna etmək;
– qabaqcıl gigiyena təcrübəsinin, o cümlədən çirklənməyə qarşı müdafiə və xüsusilə zərərvericilərlə mübarizə üçün münasib şəraiti təmin etmək;
– qida məhsullarının müvafiq temperatur şəraitində saxlanması üçün temperatur rejiminə nəzarət etməyə imkan verən müvafiq həcmdə saxlanma və emal şəraitinə malik olmaq, “Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, yoxlamadan keçmiş ölçmə vasitələri ilə təmin edilməli, temperaturun monitorinqi və qeydiyyatının aparılmasına imkan vermək;
– ayrıca kanalizasiya xəttinə malik sanitar qovşaq(lar)la təchiz etmək. Bu zaman sanitar qovşaqların qapıları qida məhsullarının emal olunduğu sahələrə və otaqlara birbaşa açılmamalıdır.