Samuxda bıçaqlanma hadisəsi baş verib.

Heftelk.az-ın məlumatına görə,  hadisə rayonun Çobanabdallı kəndində qeydə alınıb.

43 yaşlı Aynur Nəbiyeva və onun övladı 22 yaşlı Ayxan Nəbiyev bıçaq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. 1960-cı il təvəllüdlü Həsənov Xaliq Zaman oğlu və 1982-ci il təvəllüdlü Quliyev Fədail Vaqif oğlu da bıçaq xəsarətləri alıb.

İlkin məlumata görə, hadisə qonuşlar arasında şəxsi münaqişə zəmnində baş verib. Hadisəni 1982-ci il təvəllüdlü Quliyev Fədail Vaqif oğlunun törətdiyi bildirilir. O, daha sonra özünədə xəsarət yetirib.

Hazırda hadisə yerinə polis əməkdaşları cəlb olunub.