Şübhəli və ya təqsirləndirilən şəxsin, yaxud məhkumun iştirakı ilə prosessual hərəkətlər həmin şəxsin razılığı olduqda videokonfrans əlaqə sistemindən istifadə edilməklə həyata keçirilir.
Vəkil Elməddin Məhərrəmov Heftelik.az-a bildirib ki, bu, Cinayət-Prosessual Məcəllədə əksini tapıb.
Şəxsin səhhətinin vəziyyəti ilə əlaqədar onun prosessual hərəkətin həyata keçirilməsində bilavasitə iştirakının məqsədəuyğun hesab edilməməsinə dair tibbi rəy olduqda, habelə məhkəmənin əsaslandırılmış qərarı ilə prosessual hərəkətlər şübhəli və ya təqsirləndirilən şəxsin, yaxud məhkumun razılığı alınmadan videokonfrans əlaqə sistemindən istifadə edilməklə həyata keçirilə bilər.