Bükmə və qablaşdırmada istifadə olunan materiallar “Qida təhlükəsizliyi haqqında” qanunun tələblərinə cavab verməli və məhsullar üçün çirklənmə mənbəyi olmamalıdır.
Heftelik.az-ın məlumatına görə, bu, “Qida obyektlərinə dair gigiyena tələbləri”ndə əksini tapıb.
Bükmə və qablaşdırmada istifadə olunan materialların saxlanması şəraiti, məhsullarda çirklənmə riski yaratmamalıdır. Bükmə və qablaşdırma əməliyyatları məhsulun çirklənməsinin qarşısını alacaq formada həyata keçirilməlidir. Tənəkə və şüşə qablardan istifadə edildiyi təqdirdə, onların tamlığı və təmizliyi təmin edilməlidir.