Müşahidə Şurası Qanuna müvafiq olaraq yaradılmış bankın törəmə təsərrüfat cəmiyyətində (“törəmə təsərrüfat cəmiyyəti”) korporativ idarəetmə sisteminin, reqlamentin və daxili idarəetmə mexanizmlərinin cəmiyyətin fəaliyyətinə xas olan risklərə uyğun olmasını təmin edir, onlara qarşı adekvat nəzarət tətbiq edir, həmçinin törəmə təsərrüfat cəmiyyətlərinin bir-biri ilə və bankla münasibətlərini vaxtaşırı qiymətləndirir.
Heftelik.az-ın məlumatına görə, bu, “Banklarda korporativ idarəetmə Standartları”nda əksini tapıb.
Müşahidə Şurası uçot siyasətində müəyyən edilmiş metod və daxili prosedurların lazımi qaydada və vaxtında yerinə yetirilməsinə nəzarəti təmin edir.