Müdafiə Nazirliyinin Xüsusi Təyinatlı Qüvvələrinin zabit, gizir və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularının aylıq vəzifə maaşları orta hesabla 2,1 dəfə artırılıb.
Heftelik.az-ın məlumatına görə, Prezident İlham Əliyev bu barədə müvafiq fərman imzalayıb.
Həmin hərbi qulluqçular üçün artım əmsalı tətbiq ediləcək. Nəzərdə tutulan artım əmsalı hərbi qulluqçulara Müdafiə Nazirliyi ilə Maliyyə Nazirliyi arasında hər müvafiq büdcə ili üzrə razılaşdırılmış say və tərkibə uyğun olaraq, yalnız xidməti vəzifələrin icrası zamanı Müdafiə Nazirliyi tərəfindən ödəniləcək.
Nazirlər Kabineti bir ay müddətində:
- həmin hərbi qulluqçuların vəzifə maaşlarının məbləğini müəyyən edib Azərbaycan Respublikasının Prezidentinə məlumat verməli;
- artım əmsalının məbləğinin yuxarı həddini müəyyən edib Azərbaycan Respublikasının Prezidentinə məlumat verməli;
- – Bu Fərman 2022-ci il dekabrın 1-dən (bu Fərmanın 1-ci hissəsi – siyahısı Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilən vəzifələr üzrə 2023-cü il yanvarın 1-dən) tətbiq ediləcək və Nazirlər Kbaineti buna uyğun olaraq, vəzifələrin siyahısını və həmin vəzifələr üzrə hərbi qulluqçuların vəzifə maaşlarının məbləğini müəyyən edib Azərbaycan Respublikasının Prezidentinə məlumat verməlidir;
Müdafiə Nazirliyi:
– nəzərdə tutulan artım əmsalının məbləğini bu Fərmanın 4.2-ci bəndini və hərbi qulluqçuların yerinə yetirdikləri tapşırıqların xüsusiyyətlərini nəzərə almaqla iki ay müddətində müəyyən etməli;
– bu Fərmandan irəli gələn digər məsələlərin həlli üçün zəruri tədbirlər görməlidir.