Azərbaycan Ordusunun 5 generalı “Qarabağ” ordeni ilə təltif edilib.

Heftelik.az-ın məlumatına görə, Prezident İlham Əliyev bununla bağlı müvafiq sərəncam imzalayıb.

Həmin generallar aşağıdakılardır:

Müdafiə naziri general-polkovnik Zakir Həsənov,

Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev,

Müdafiə nazirinin müavini, Quru Qoşunlarının komandanı general-leytenant Ənvər Əfəndiyev,

Müdafiə Nazirliyinin Xüsusi Təyinatlı Qüvvələrinin komandanı general-leytenant Hikmət Mirzəyev,

Müdafiə nazirinin müavini, Hərbi Hava Qüvvələrinin komandanı general-leytenant Ramiz Tahirov.