Bütün dünya ictimaiyyətinə məlumdur ki, əzəli Azərbaycan torpağı olan Qarabağa erməni əhalisinin köçürülməsi car Rusiyası zamanından başlamışdır. Məskunlaşdıqları ilk gündən bu xain qonşularımız Azərbaycanın yer adlarını dəyişməyə başlamış, münbit əraziləri ələ keçirmişlər. Eyni zamanda Rusiya İnqilabının yaratdığı şəraitdən sui-istifadə erməni qəsbkarları 1905-1907 və 1918 ci illərdə minlərlə soydaşımızı vəhşicəsinə qətlə yetirmişlər.

Həmin illərdə İrəvanda Dərələyəzdə, Zəngəzurda, Göyçədə, Tiflisdə, Naxçıvanda, Gəncədə, Şamaxıda, Qubada, Lənkəranda, Qarabağda, Muğanda  və.s azərbaycanlı əhali soyqırımına məruz qalmış yaşadıqları yerlərdən qovulmuş, onlara işgəncələr verilmiş, yüzlərlə yaşayış məntəqəsi dağıdılıb, yerlə-yeksan edilmişdir. Azərbaycanlıların öz tarixi-etnik torpaqlarından qovulması sovet dövründə də davam etmişdir. Əzəli Azərbaycan torpaqlarının işğalı 1988-ci ildə başlayan Qarabağ hadisələri “Dənizdən-dənizə ” Ermənistan adlı sərsəmləmələrini reallaşdırmaq cəhdi yüz minlərlə azərbaycanlının öz tarixi torpaqlarından didərgin düşməsi ilə nəticələnmişdir. Erməni silahlı qüvvələrini Azərbaycan torpaqlarını işğal etməsi bu 30 il ərzində bir milyondan çox soydaşımız qaçqın düşməsinə  səbəb olmuşdur.

Erməni quldurları yenə sakit dayanmadılar.

2020-ci il sentyabr təxribatları 44 günlük müharibənin gerçəkləşməsi bir qığılcım oldu.

Ali Baş Komandanın əmrilə Azərbaycan müzəffər ordusu bütün  cəbhə boyu əks hücum əməliyyatlarına başladı.

Beləliklə bütün dünyanı heyrətə salan xalq, rəhbər və ordu birliyinin təcəssümü “Dəmir Yumruq” əməliyyatı başladı. Əməliyyatın başladığı ilk saatlarda cəbhə xəttindən sevindirici xəbərlər gəlməyə başladı. Hər gün ordumuz irəli gedir yeni-yeni kənd və şəhərlər işğaldan azad olunurdu. Beləliklə Azərbaycan Silahlı qüvvələri 44 gün ərzində düşmən ordusu məhv edərək öz ərazi bütövlüyünü bərpa etdi. Ordumuzun Qarabağda başladığı uğurlu əks hücum əməliyyatı nəticəsində noyabrın 8- dək 5 şəhər, 4 qəsəbə, 286 kənd işğaldan azad edildi. Azərbaycan dövləti öz gücünü, qüdrətini bütün dünyaya göstərdi. Bundan sonra Azərbaycan yalnız inkişaf edəcək. Bizim azad edilmiş torpaqlara həyat bundan sonra qayıdacaq. Bu gün Zəfər paradıdır. Bu tarixi hadisədir.

Bu tarixi günün sahibi bizik yəni Azərbaycan xalqı. Biz ancaq irəli gedəcəyik. Bu sözləri ölkə rəhbərimiz Zəfər Qələbəmizin il dönümü ilə bağlı tədbirdə böyük qurur hissi ilə söylədi. İkinci Qarabağ müharibəsi ölkəmizdə milli həmrəyliyi, milli birliyimizi daha da gücləndirdi.

 

Gülnarə Hacıyeva

Nəsimi rayon İctimai Şura