Yerli vaxtla saat saat 11:09-da İran ərazisində maqnitudası 4.7 olan zəlzələ qeydə alınıb.

Heftelik.az xəbər verir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən məlumat verilib.

Zəlzələ Azərbaycanın cənub rayonlarında hiss olunub.

***

saat 09.43

Bu gün yerli vaxtla saat 09.18 İranda 5.1 maqnitudalı zəlzələ olub.

Heftelik.az-ın xəbərinə görə, bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.

Zəlzələ  Yardımlı, Lerik, Saatlı, Ağdam və digər rayonlarda hiss olunub.

Qeyd edilib ki, zəlzələ Azərbaycanın həmsərhəd rayonlarında və ona yaxın ərazilərdə 5-3 bala qədər hiss olun

***

saat 09.25

Lənkəranda zəlzələ olub.

Heftelik.az-ın APA-ya istinadən verdiyi məlumata görə, bu gün səhər saat 09:19 radələrində Lənkəranda zəlzələ baş verib.

Yeraltı təkanlar təqribən 3 – 4 bal arasında hiss edilib.