Noyabrın 9-da Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Milli Hidrometeorologiya Xidmətindən Heftelik.az-a verilən məlumata görə, səhər bəzi şəhərətrafı ərazilərdə qısamüddətli yağış yağacağı ehtimalı var.
Cənub küləyi arabir güclənəcək. Havanın temperaturu gecə 13-17° isti, gündüz 18-23° isti olacaq.
Sabah Azərbaycanın rayonlarında hava əsasən yağmursuz, gecə və səhər bəzi rayonlarda duman olacaq. Mülayim qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 9-14° isti, gündüz 22-27° isti, dağlarda 0-5° isti, gündüz 8-13° isti olacaq.