Ən əvvəl mən, Qalib Ölkənin vətənpərvər təhsil işçisi kimi ölkə başçımız Ali Baş Komandanımız Möhtərəm Cənab İlham Əliyevi, onun silahdaşı Mehriban xanımı bu Möhtəşəm Zəfər Günümüz münasibətilə ürəkdən təbrik edirəm.
O cümlədən, bütün təhsil işçilərini, xalqımızı, şəhid və qazi ailələrini, bu qələbədə payı olan hər bir kəsı təbrik edirəm.
Bu günlər bizim qürur, fəxr günlərimizdir: 8 Noyabr – Zəfər Günümüz, 9 Noyabr – Bayraq Günü.
Ölkəmizin hər bir vətəndaşı, ürəyi vətən eşqilə döyünən hər kəs, uzaqda, yaxında yaşamağından asılı olmayaraq bütün azərbaycansevərlər bu Möhtəşəm Zəfərimizi alqışlayır, şərəf hissi duyur.
Bir Qarabağ döyüşçüsünün həyat yoldaşı,qazi bacısı olaraq mənim payıma ikiqat qürur düşür.
Bu gün bizim hər birimizin qürurlanmağa mənəvi haqqımız var, çünki Qalib ölkənin vətəndaşlarıyıq.
44 günlük Vətən müharibəmizin hər günü bizi addım-addım bu Böyük Zəfərə yaxınlaşdırdı: 30 il işğal altında qalan torpaqlarımız azad olundu, ordumuz, xalqımız bir yumruq olub Ali Baş Komandanımızın sərkərdəliyi altında bizə bu sevinci yaşatdılar.
” ..”Dəmir yumruq” əməliyyatının ilk saatlarında cəbhə xəttindən sevindirici xəbərlər gəlməyə başladı. 44 gün ərzində hər gün Azərbaycan Ordusu irəli gedirdi, hər gün yeni şəhərlər, kəndlər, qəsəbələr, yüksəkliklər azad edirdi. Azərbaycan əsgəri ,Azərbaycan zabiti bir amalla vuruşurdu ki, işğala son qoysun və tarixi ədalət zəfər çalsın. Azərbaycan Ordusu 44 gün ərzində düşmən ordusunu məhv edərək öz ərazi bütövlüyünü bərpa etdi…(İ.Əliyev)
Bəli, biz qələbə qazandıq, lakin qələbəyə gədən yollar heç də hamar olmadı; qanla qazandıq biz bu Zəfərimizi, bu yolda itkilər verdik, amma dayanmadıq, irəli getdik, Zəfərimizə doğru, ölümün gözünün içinə dik baxaraq irəli şığıdıq, torpaqlarımız azad olunduqca, bu torpaqlarda bayrağımız dalğalandıqca qürurlandıq, şəhid verdikcə kədərləndik, amma sınmadıq, dayanmadıq, bir addım belə geriyə çəkilmədik.
İrəli şığıdıq, günlərlə susuz səhralarda yol gedib, su görüncə ona doğru şığıyan səyyah kimi qələbəyə doğru şığıdıq…Və bu qələbəni qazandıq.
Fəxrlə doğma yurd yerlərimizdə dalğalanan bayraqlarımızı seyr etdik, boğazımızda düyünlənən qəhər, gözlərimizdə parlayan sevinc göz yaşları və qabaran köksümüzlə izlədik şəhidlərimizin müqəddəs qanından, sarsılmayan imanımızdan və bir də azadlıq təşnəmizdən yoğurulmuş bu göylər pərisini…Bizi qələbələrə aparan, zəfərlərə səsləyən ay-ulduzlu üçrəngli bayrağımızı…
ZƏFƏR GÜNÜN MÜBARƏK, AZƏRBAYCAN!!!
Hüseynova Rəfiqə
Nəsimi rayon 54 nömrəli tam orta məktəbin müəllimi