Sentyabrın 27-də ermənilərin torpaqlarımızı müxtəlif istiqamətlərdən atəşə tutması və buna ordumuzun adekvat cavabı ilə başlanan müharibə sonda Azərbaycanın tam qələbəsi ilə sona çatdı. 44 günlük müharibə Azərbaycanın tam qələbəsi və Ermənistanın kapitulyasiyası ilə nəticələndi. Bu dövrdə Azərbaycan ordusu düşmən işğalında olan ərazilərimizi azad etdi. Bütün xalq ordumuzdan xəbər, axşamları prezidentimizdən tvitlər gözləyirdi. Qəhrəman döyüşçülərimizin fədakarlıqları sayəsində 300-ə yaxın kənd, 5 şəhər, 4 qəsəbə, çoxsaylı strateji yüksəkliklər azad olundu. Həmçinin düşmənin əksər texnikası məhv edildi, canlı qüvvəsinə ciddi zərbə vuruldu. Bu düşmən üçün ağır nəticə idi. Azərbaycan Dağlıq Qarabağın mədəniyyət mərkəzi olan Şuşa şəhərini, onun ardınca bir gündə 70-dən artıq kəndi, 8 strateji yüksəkliyi azad etməklə, Ermənistanı diz çökdürdü və kapitulyasiyaya məcbur etdi. 10 Noyabr tarixi Azərbaycan tarixində Şanlı Qələbənin tarixi kimi iz saldı. Danışıqlar prosesində Azərbaycanın əzəli və əbədi torpaqlarının qeyd şərtsiz geri qaytarılması təklifini birmənalı rədd edən və işğalçılıq əməllərindən qalmayan Ermənistan nail olmaq istədiklərinin heç birini əldə edə bilmədi, Dağlıq Qarabağın statusunun müəyyən edilməsi məsələsi tarixin arxivinə getdi, onların xülyaları, Dağlıq Qarabağda yeni erməni dövlətinin yaradılması planları pozuldu. 30 illik sülh danışıqları prosesində ermənipərəst dövlətlər tərəfindən Ermənistanın maraqlarının təmin edilməsinə cəhdlər olunurdu. Danışıqların heç bir nəticə vermədiyini gördükdə isə təbii ki, hər bir Azərbaycan vətəndaşı məyus olurdu, ümid də azalırdı. Son çıxış yolu isə hərb idi və Şanlı Azərbaycan Ordusu bu böyük missiyanı şərəflə yerinə yetirdi. Azərbaycan Prezidenti yeni reallıq yaratdı, hazırda Şuşa şəhəri daxil olmaqla, Dağlıq Qarabağın böyük bir hissəsi Azərbaycan Ordusunun nəzarətindədir. Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu canı-qanı bahasına Ermənistan Ordusunun məğlubedilməzliyi barədə illərdir formalaşdırılmış mifi 44 günə dağıtdı, bütün qüvvələri Azərbaycan xalqının iradəsi ilə hesablaşmağa vadar etdi, Azərbaycanın ərazi bütövlüyü bərpa olundu. Azərbaycan Prezidenti status-kvonu dəyişdi və bu gün münaqişənin həlli şərtlərini indi Azərbaycan diktə edir.Müharibə dövründə çoxlu sayda itki verən erməni tərəfi 3 dəfə atəşkəs əldə edilməsi təklifini versə də atəşkəsi yenə onlar pozmuş, dinc insanlara xəsarət yetirmişlər. Bu atəşkəslər onların gizli planları, vaxt qazanmaları üçün irəli atılan hiylələr idi və baş tutmadı. Azərbaycan Prezidenti status-kvonu dəyişdi və bu gün münaqişənin həlli şərtlərini indi Azərbaycan diktə edir. Azərbaycan Respublikasının Prezidenti, Ermənistan Respublikasının Baş naziri və Rusiya Federasiyasının Prezidentinin bəyanatı sentyabrın 27-dən Azərbaycan Ordusunun zəfər yürüşü nəticəsində yaranmış reallığa uyğun hazırlanıb və Ermənistanın kapitulyasiya aktıdır. Müharibə dövründə çoxlu sayda itki verən erməni tərəfi 3 dəfə atəşkəs əldə edilməsi təklifini versə də atəşkəsi yenə onlar pozmuş, dinc insanlara xəsarət yetirmişlər. Bu atəşkəslər onların gizli planları, vaxt qazanmaları üçün irəli atılan hiylələr idi və baş tutmadı. Azərbaycan xalqının birliyi, döyüşçülərimizin vətənə olan məhəbbətləri torpaqlarımızın işğaldan azad edilməsi kimi şərəfli bir yolda yalnız zəfərə doğru irəliləməsinə yol açdı. Tərəflərin hansısa biri sülhməramlıların fəaliyyətinə xitam verilməsini tələb edərsə, onlar ərazini tərk edəcəklər. Rusiya sülhməramlıların fəaliyyət coğrafiyası və fəaliyyət qaydaları Azərbaycanla razılaşdırılaraq müəyyən edilib, yəni onlar ermənilərin bizim torpaqlardan çıxarılmasını təmin edəcək. Sülhməramlıların gəlişi Ermənistan hərbi birləşmələrinin çıxarılması ilə paralel şəkildə həyata keçirilir ki, bu da Ermənistan hərbiçilərinin regionda qalmasını istisna edir. Bu proses çərçivəsində Naxçıvan da blokadadan azad olunması bizim qələbəmizin növbəti hissəsidir. Hələ 1990-cı illərdə münaqişə başlayandan sonra Azərbaycanın əsas hissəsi ilə Naxçıvan MR arasında quru yolla əlaqənin olmaması böyük çətinliklər yaradırdı. İlk dəfə olaraq Azərbaycanın əsas hissəsinin Ermənistan ərazisindən qısa yolla Naxçıvanla əlaqəsi yaradılır. Bu yolun təhlükəsizliyi Rusiya FTX-nın Sərhəd Xidməti tərəfindən təmin olunur. Bu da onu göstərir ki, Ermənistan bütün mənalarda müstəqil deyil. Hətta işğaldan azad olunan Azərbaycan ərazilərindən keçəcək dəhlizin təhlükəsizliyini Azərbaycan təmin elədiyi halda, Ermənistan öz ərazisində belə nəyəsə təminat vermək iqtidarına malik deyil. Ən vacib məqamlardan biri münaqişə tərəflərinin razılaşmalara əməl etməsinə nəzarətin səmərəliliyinin artırılması məqsədilə atəşkəsə nəzarət üzrə sülhməramlı mərkəzin yaradılmasıdır. Azərbaycan-Türkiyə dostluğu və qardaşlığı əbədidir. Hər zaman bir-birinə dəstək olan, böyük əməkdaşlıq və dostluq telləri ilə bir-birinə bağlı olan iki dövlətin sarsılmaz iradəsi qələbəmizə böyük təkan verdi. Və müharibə dövründə də Azərbaycanın yanında olan Türkiyə mərkəzdə təmsil olunur. Türkiyə hərbçilərinin prosesdə iştirakı ona dəlalət edir ki, Azərbaycanın maraqlarının əleyhinə hər hansı addımın atılmasının qarşısı alınacaq. Azərbaycan Türkiyəni də fəal şəkildə münaqişənin tənzimlənməsi işinə cəlb edə bildi. Türkiyə hər zaman olduğu kimi Qarabağ məsələsində də Azərbaycanın yanındadır və indi real olaraq bölgənin təhlükəsizliyinin əsas təminatçılarından birinə çevrildi. Bu o deməkdir ki, artıq özlərini həmsədr dövlət kimi göstərib birtərəfli mövqe tutan dövlətlər bizim işlərimizə qarışa bilməyəcək. Getsinlər bundan sonra Ermənistanla əlaqələr yaratsınlar, hətta öz torpaqlarından pay versinlər, çünki ermənilərə çox qəlbdən yanaşırdılar. Qarabağa heç bir status verilmir. “Dağlıq Qarabağ Muxtar Vilayəti” adlı ərazi yoxdur, tamamilə süquta uğrayır. Qarabağın bütün rayonları digər rayonlarımız kimi Azərbaycanın tərkibində olan ayrılmaz ərazimizdir. Laçın dəhlizində təhlükəsizliyin təminatı Azərbaycanın səlahiyyətindədir. Dövlət Sərhəd Xidməti Azərbaycanın bütün sərhədlərində vətənin keşiyini çəkə biləcək. Laçının tam azad edilməsindən sonra Dövlət Sərhəd Xidməti Azərbaycanın ümumi uzunluğu 3360 km. Olan bütün su və quru sərhədində vətənimizin keşiyini çəkə biləcək. Ermənistan özünün məğlub və darmadağın olmuş silahlı qüvvələrinin qalıqlarını çıxarmaq öhdəliyini götürdüyünə görə sülhməramlı qüvvələrin vəzifəsi oradakı mülki ermənilər və Azərbaycan silahlı qüvvələri arasındakı hər hansı insidentin qarşısını almaq olacaq. Bəzi Qarabağ erməniləri Azərbaycan vətəndaşlığını qəbul edərək, Qarabağda yaşamağa hazırdırlar. Azərbaycandan Naxçıvana nəqliyyat dəhlizi açılması böyük strateji əhəmiyyətə malikdir. Qısa müddət ərzində Azərbaycan dövləti işğaldan azad olunmuş bölgələrimizin inkişafı istiqamətində kifayət qədər nəhəng layihələrin icrasına başlayacaq, kommunikasiya və s. İmkanlar genişləndiriləcək. İqtisadi inkişaf proqramları reallaşacaq, yollar abadlaşacaq, sakinlərin rahat yaşaması üçün hər cür şərait yaradılacaq. Bundan sonra işğaldan azad edilmiş hər tarixi torpağımızda azan səsləri eşidiləcək. Hazırda Ermənistan 1992-1993-cü illərdəki Azərbaycanı xatırladır, idarəçilikdə naşı, səriştəsiz, qeyri-peşəkar şəxslərin təmsil olunması ölkəni bir-birinin ardınca böhranlara və fəlakətə sürükləyir. Bu xalqın lideri yoxdur, ötən illər ərzində özlərinin seçdikləri dövlət başçıları ölkəni inkişafa aparmayıb, yalnız işğalçılıq, məkrli planları həyata keçirməklə məşğul olublar. Elə buna görə də orda insanların həyat tərzi aşağı səviyyədədir. Sentyabrın 27-dən başlanmış və noyabrın 10-da başa çatmış hərbi mərhələ sübut etdi ki, Ermənistan hakimiyyəti məntiqli, rasional düşüncəyə malik deyil, onlar erməni xalqının yox, sırf xarici qüvvələrin maraqlarına xidmət edirlər. Ermənistan hazırda vətəndaş müharibəsi ərəfəsindədir, ölkənin baş naziri belə öz kabinetinə daxil ola bilmir. Baş nazirin evi canlı yayımda qarət edilib. Ədalət isə həmişə qalib gəlir.
Ələkbər Həsənov
Bakı Dövlət Universiteti Tələbə Gənclər Təşkilatının sədri