Mingəçevirdə 42 yaşlı kişi bədbəxt hadisə nəticəsində ölüb.
Heftelik.az-ın APA-ya istinadən verdiyi məlumata görə, Ağdaş rayon sakini, 1981-ci il təvəllüdlü Yusifov Elman Yusif oğlu Mingəçevir şəhəri Tərəvəzçilik sovxozu adlanan ərazidə yerləşən evlərin birində usta işləyib.
Çalışdığı zaman ehtiyatsızlıqdan sinəsinə mismar batıb. Usta xəstəxanaya yerləşdirilsə də, orada ölüb.
Araşdırma aparılır.