Quru uşaq qida məhsulları və altı aylığa qədər körpələr üçün nəzərdə tutulmuş tibbi məqsədlər üçün hazırlanan qida məhsulları istehsal edən qida subyektləri Enterobacter sakazakii riskinə görə nümunəgötürmə planlarının bir hissəsi olaraq Enterobacteriaceae üçün istehsal sahələrindən və istehsalda istifadə olunan avadanlıqlardan nümunə götürülməsini təmin edir.
Heftelik.az-ın məlumatına görə, bu, “Qida məhsulları üçün mikrobioloji göstəricilərə dair sanitariya normaları və qaydaları”nda əksini tapıb.
Yeni müayinə metodlarının istinad metodlarına uyğunluğu qida təhlükəsizliyi sahəsində səlahiyyətli orqan tərəfindən yoxlanıldıqdan və EN/İSO 16140 nömrəli standart, yaxud digər beynəlxalq səviyyədə qəbul olunmuş analoji protokollara əsasən sertifikatlaşdırılmış və qeydiyyatdan keçmiş metod olduqda istifadə edilir.