“Azərbaycan Respublikasında mühafizə olunmalı həyat təminatlı, mühüm əhəmiyyətli obyektlərin Siyahısı”nda dəyişiklik edilib.
Heftelik.az-ın məlumatına görə, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.
Qərara əsasən, Sərsəng su anbarı (Tərtər, Kəlbəcər rayonları – Fövqəladə Hallar Nazirliyinin vəsaiti) və Suqovuşan su anbarı (Tərtər rayonu – Fövqəladə Hallar Nazirliyinin vəsaiti) siyahıya əlavə edilib.