Bank digər hüquqi şəxsin törəmə təsərrüfat cəmiyyəti olduqda Müşahidə Şurası əsas cəmiyyətin verdiyi göstərişləri onların bankın maliyyə vəziyyətinə mənfi təsir edib-etməməsi və qanunvericiliyə, o cümlədən prudensial qaydalara zidd olub-olmaması baxımından qiymətləndirir və qiymətləndirmənin nəticəsinə müvafiq olaraq zəruri tədbirlər görür.
Heftelik.az-ın məlumatına görə, bu, “Banklarda korporativ idarəetmə Standartları”nda əksini tapıb.