Videokonfrans əlaqə sistemindən istifadə edilməklə həyata keçirilən prosessual hərəkətlərdə iştirak edən şəxslərə Cinayət-Prosessual Məcəllə ilə nəzərdə tutulmuş hüquqlardan istifadə etmək və vəzifələri yerinə yetirmək üçün müvafiq şərait yaradılmalıdır.
Vəkil Elməddin Məhərrəmov Heftelik.az-a bildirib ki, bu, Cinayət-Prosessual Məcəllədə əksini tapıb.
Prosessual hərəkətlər videokonfrans əlaqə sistemindən istifadə edilməklə həyata keçirildikdə tətbiq edilən texniki vasitələr səsin və görüntünün keyfiyyətini və real vaxt rejimində ötürülməsini, cinayət mühakimə icraatının aşkarlığı və digər əsas prinsip və şərtlərinə riayət edilməsini, habelə informasiya təhlükəsizliyini təmin etməlidir.