Nümunə qida məhsulları və ya məhsul partiyasından həmin məhsul və ya partiyanın xarakterik xüsusiyyətləri haqqında məlumat əldə etməyə əsas verən, müxtəlif vasitələrlə seçilmiş bir və ya bir neçə vahid və ya hissədir.
Heftelik.az-ın məlumatına görə, bu, “Qida məhsulları üçün mikrobioloji göstəricilərə dair sanitariya normaları və qaydaları”nda əksini tapıb.
Partiya eyni istehsal növbəsində və yerdə ilkin istehsal, istehsal və emal olunan, qablaşdırılan, eyni texnoloji şərtlərlə əldə edilən, identifikasiya olunmuş məhsulların bir qrupu və ya dəstidir.