Estakadanın ərazisində sisternləri təmir etmək qadağandır.

Heftelik.az-ın məlumatına görə, bu “Magistral neft kəmərlərinin istismarında texniki təhlükəsizlik Qaydaları”nda əksini tapıb.

Doldurma-boşaltma estakadalarının və körpülərin nasos avadanlıqlarının, bağlayıcı armaturlarının və texnoloji boru kəmərlərinin təmiri zamanı hava mühitinə nəzarət olunmalıdır. Əgər təmir zamanı hava mühitində neft məhsullarının buxarlarının qalığı buraxılabilən həddən çox olarsa, iş dayandırılmalı və işçilər təhlükəli zonadan çıxarılmalıdır.