Şimşəkli hava şəraitində təmir işlərinin aparılması qadağandır.
Heftelik.az-ın məlumatına görə, bu “Magistral neft kəmərlərinin istismarında texniki təhlükəsizlik Qaydaları”nda əksini tapıb.
Təmir olunacaq çəndə, onun bəndində odlu və təmir işlərinə başlamazdan əvvəl hava mühitinin tərkibi yoxlanılmalıdır. Eyni zamanda bu işlər aparılan zaman orada hava mühitinin tərkibi bir saatda bir dəfə yoxlanılmalıdır. Hava mühitinə nəzarət cavabdeh şəxslərin iştirakı ilə həyata keçirilməlidir.