Qarabağda baş verənlərin dünyanın diqqət mərkəzində olduğu bir vaxtda Şuşada əməkdaşlığa, iqtisadi tərəqqiyə, nəhəng iqtisadi layihələrin müzakirəsinə həsr olunmuş bir tədbir Azərbaycanın quruculuq və sülh potensialının bariz nümunəsidir.
“Cənab Prezident Azərbaycanın İqtisadi Əməkdaşlıq Təşkilatının fəal üzvü olduğunu və bu təşkilat çərçivəsində çoxtərəfli və ikitərəfli əməkdaşlığa xüsusi əhəmiyyət verdiyini bir daha bəyan etdi. Təşkilatda birləşən dövlətlərin nəhəng iqtisadi potensialından daha səmərəli istifadə üçün real imkanlara malik olduğunu bildirdi.
İlham Əliyev bununla da Azərbaycan əməkdaşlığa açıq ölkə olduğunu bir daha təsdiq etmiş oldu.
Azərbaycanın son illər və son həftələrdə yaşadığı əlamətdar tarixi günləri xatırladan Prezident İƏT-in Şuşa şəhərinin 2026-cı il üçün turizm paytaxtı elan edilməsini də xüsusi vurğuladı. Bu qərarı qəbul etməklə İƏT kimi bir nüfuzlu təşkilat Azərbaycanın haqq işinə mənəvi dəstək verib”.
“Azərbaycanın regional məsələlərin məhz region ölkələrinin dominantlığı ilə həllinə tərəfdar olduğunu və 3+3 əməkdaşlıq formatını irəli sürdüyünü yada salaq. Bu o deməkdir ki, Azərbaycan regiondakı bütün ölkələrin, o cümlədən Ermənistanın da iqtisadi tərəqqinin bir hissəsi olmasına tərəfdardır. Ancaq bunun üçün yaranmış tarixi fürsətdən yararlanmaq və sülh müqaviləsinin imzalanmasına ehtiyac var. Bu müqavilə təkcə Azərbaycan və Ermənistan üçün əhəmiyyətli olmayacaq. Bu sülh müqaviləsi Cənubi Qafqaz bölgəsinin sülh və əməkdaşlıq məkanına çevrilməsi üçün tarixi fürsət verir”.
Bu gün Azərbaycanın azad edilmiş ərazilərdə həyata keçirdiyi infrastruktur layihələri təkcə ölkə üçün deyil, həm də regional əhəmiyyətlidir.
“Həyata keçirilə layihələr bölgənin logistika imkanlarına yeni nəfəs verəcək. Dəmir yol xətləri, şose yolları Şimaldan Cənuba, Şərqdən Qərbədoğru uzanan logistik arteriyaların əsas qovşağı olacaq. Qısa zaman kəsiyində işğaldan azad olunmuş ərazilərdə vacib infrastruktur layihələri həyata keçirilmiş, o cümlədən iki yeni hava limanı tikilib istifadəyə verilmişdir. Üçüncü hava limanı isə hazırda Laçında inşa edilir.
Cənab Prezident görülən quruculuq və bərpa işlərində qardaş ölkələrin dəstəyini də heç zaman unutmur. Qardaş Özbəkistan və Qazaxıstanın təşəbbüsü ilə Füzuli şəhərində məktəb tikilib və yaradıcılıq mərkəzində tamamlama işləri aparılır. Bu ölkələrimiz arasında qardaşlığın, həmrəyliyin və dostluğun növbəti bariz təzahürüdür.
Bu gün hamıya bəllidir ki, işğaldan azad edilmiş ərazilərə “Böyük Qayıdış” proqramı milli prioritetlərimiz sırasındadır. Uğurla icra edilən proqram çərçivəsində bu günə qədər Laçın, Füzuli şəhərlərinə, Ağalı, Zabux və Talış kəndlərinə köçkünlərin qayıtması təmin olunub. Növbəti 3 ildə 100 minə qədər köçkünün doğma yurd-yuvalarına dönməsi planlaşdırılır.
İlham Əliyev İqtisadi Əməkdaşlıq Təşkilatının açıq və səmərəli müzakirələrin aparılması üzrə beynəlxalq platforma olduğunu bir daha bildirməklə, eyni zamanda Nazirlər Şurasının 27-ci iclasının Şuşada keçirilməsinin ölkələrimizin və bütövlükdə regionun davamlı inkişafına töhfə verəcəyini ifadə etdi. Regionun inkişafına işıq salan Şuşa toplantısının ən ciddi nəticəsi odur ki, inkişaf və çiçəklənmə üçün daima irəliyə baxmaq, daima. Çalışmaq lazımdır. Bunun ən bariz nümunəsini isə cənab Prezident başda olmaqla Azərbaycan dövləti göstərir.
Xalid Kərimov
Nəsimi rayon Ağsaqqallar Şurasının üzvü