Qida obyektlərinin qida məhsullarının saxlanılması üçün hansı tələblərə cavab verən formada quraşdırılmış avadanlıqlarla təchiz edilməli olduğu açıqlanıb.
Heftelik.az-ın məlumatına görə, bu, “Qida obyektlərinə dair gigiyena tələbləri”ndə əksini tapıb.
Qida obyektləri qida məhsullarının saxlanılması üçün aşağıdakı tələblərə cavab verən formada quraşdırılmış avadanlıqlarla təchiz edilməlidir:
– müvafiq qulluq və təmizləməyə imkan yaradan;
– parazitlərin daxil olması və çoxalmasına yol verməyən;
– məhsulların saxlanması zamanı effektiv müdafiəni təmin edən;
– qida məhsulunun xarab olmasının qarşısını alan mühiti təmin edən (məsələn, temperatur və rütubətə nəzarət).