Bir neçə gündür sosial şəbəkələrdə və media resurslarında iri həcmli marketlər şəbəkələrindən narazılıq demək olar ki, kütləvi hala çevrilib.

Xüsusən də bu marketlərdə endirim adı ilə satılan qidaların yararsız və keyfiyyətsiz olması müştərilərin narazılığına səbəb olur.

Heftelik.az-ın “Azərbaycan Reallığı”na istinadən verdiyi məlumata görə, bu marketlərdən birdə insanların daha çox tələbatına ehtiyac olan “OBA” marketlər şəbəkəsidir.

Sosial şəbəkədə paylaşılan videoda vətəndaş iddia edir ki, Bakıxanovda yerləşən 6 saylı oba marketdən endirimdə olan şokolad alıb, amma şokolad açıldıqdan sonra görüntülər həqiqətən insanda şok yaşadıb. Belə ki, şokoladın içindən qurd çıxıb.

Müştərinin iddiasına görə nə az nə çox düz 32 manatlıq şokolad alıb hələ aldığı şokoladdan rayona nəvələrinə göndərib.

Rəhbərliklə də danışdım, amma reaksiya verən olmadı. Millətə qurdlu və vaxtı keçmiş şokolad yedizdirirlər.

Getdim marketə gördüm bu şokoladlar artıq yoxdur bu qurdlu şokoladı artıq bizim millətə satıb yedizdiriblər deyə sonda vətəndaş iddia edib.