Hərbi xidmətdən tərxis olunan hərbçilərimizin ixtisaslaşmış reabilitasiya mərkəzi yaradılsın.
Heftelik.az-ın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı parlamentin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev bildirib.
Musa Quliyev deyib ki, bu, olduqca vacibdir: “Hərbi xidmətdən tərxis olmuş hərbçilər, qazilər, döyüşçülərin adaptasiyası üçün belə mərkəz yaradılmalıdır”.