2020-ci il tarixi Azərbaycan üçün ən əlamətdar və sevincli bir tarix kimi yadda qalacaq. Ona görə ki, bu tarixdə 30 illik həsrətlərə son qoyuldu. 44 günlük “Dəmir yumruq” əməliyyatı ermənilərin başında Yumruq kimi partladı. Ali Baş Komandanımız İlham Əliyevin uzaqgörən siyasəti ,yeritdiyi uğurlu diplomatiya sayəsində Azərbaycan İkinci Qarabağ müharibəsi nəticəsində tam qələbə Zəfəri ilə torpaqlarımızı mənfur düşməndən azad etdi. Çünki bu Zəfəri bizə bəxş edən İlham Əliyev kimi prezidentimiz var. Hansı ki, onun səyi, xalqın birliyi, ordumuzun şücaəti nəticəsində Azərbaycanın üzük qaşı olan Şuşamız azad edildi. Uğurlu diplomatiya nəticəsində isə Ağdam, Kəlbəcər kimi ərazilərimiz düşmən işğalından heç bir silahdan istifadə edilmədən azad edildi. Azərbaycan Ordusunun apardığı hərbi strategiya bütün dövlətlərin hərb məktəblərində öyrənilməyə başlanıldı. 20 il ərzində Azərbaycana rəhbərlik edən prezidentimiz İlham Əliyev ilk növbədə bu qələbəni xalqımızın birliyi, həmrəyliyi hesabına həyata keçirdi ki, elə bu birliyi yaradan məhz bizim rəhbərimiz oldu. Çünki xalqımız bu şəxsə daima inanır və güvənirdi. 20 il ərzində xalqına söz verən və ona əməl edən bir şəxsiyyət Azərbaycan bayrağını işğal altında olan torpaqlarımızın hər guşəsində qaldırdı. Daima Ordumuzda islahatlar aparıldı və ordu yeni silahlarla təchiz edildi. Nəticədə silahlı Qüvvələrimiz döyüş meydanlarında cəsarət, qəhrəmanlıq, igidlik göstərərək düşməni əzib, torpaqlarımızdan qovub çıxardılar. Azərbaycan tarixinin çox əsirlik tarixində belə bir hadisə olmamışdır. Xüsusilə Şuşa əməliyyatı hərb tarixinin ən görünməmiş salnaməsidir. Çətin bir coğrafi əraziyə malik olan, sıldırım qaydalarla əhatə olunan və alınmaz qala sayılan Şuşanı yüngül silahlarla, bəzən isə əlbəyaxa döyüşlər nəticəsində azad ordumuz bütün bunları peşəkarlıqları və fədakarlıqları nəticəsində azad etdilər. Ermənistan daima cilddən-cildə girir, danışıqlar yolu ilə torpaqları qaytarmaq istəmirdi. Ermənistan-Azərbaycan münaqişəsini nizamlayan vasitəçilər heç bir iş görmək istəmir, faktiki vəziyyəti dondurmaq istəyirdilər. Onlarda başa düşürdülər ki, Azərbaycan xalqı bu vəziyyətlə barışacaq. Azərbaycan həmişə sülh tərəfdarı olub və həmişə çalışıb ki, hər bir məsələni dinc yolla həll etsin. Lakin bəzi qüvvələr Ermənistanı qızışdırır hətta ona hər cür yardımlar edir, lazım gələndə hətta belə ordu ilə kömək edəcəklərini vəd edir və Ermənistanı Azərbaycana qarşı yeni əməliyyatlara başlamağa sövq edirdilər. Hətta biz belə təhdidləri 44 günlük müharibə dövründə də gördük. Azərbaycana müxtəlif yerlərdən, müxtəlif paytaxtlardan təzyiqlər və təhdidlər etdirilirdi. Lakin bu təzyiqlər və təhdidlər Azərbaycan xalqını öz yolundan əqidəsindən və haqq yolundan döndərə bilmədi. Xalqımız öz istəyinə nail oldu, torpaqlarımız azad edildi. Ermənistanın kapitulyasiyası nəticəsində Ağdam, Kəlbəcər və Laçın silah atılmadan azad edildi. Düzdür torpaqlarımız azad edilsə də, yenə də ordumuzda yenidənqurmalar dayanmadan davam etdi. Nəticədə Azərbaycan-Ermənistan sərhədini nəzarətə götürdük. Bütün sərhəddə mövqelərimiz yaxşılaşdırıldı və ən əlverişli mövqelərə malik olduq. Durmadan aparılan əməliyyatlar nəticəsində son üç il ərzində Fərrux əməliyyatı, Sarıbaba-Qırxqız əməliyyatı nəticəsində strateji mövqelərimiz daha da genişləndirildi.Çünki Azərbaycan dövləti və Azərbaycan ordusu 1990-cı ildən əməliyyatlara başlayan, suyumuzu və çörəyimizi yeyib, içən nankor ermənilərin ərazi iddialarını ürəklərində qoydu və sübut etdi ki, Qarabağ Azərbaycanın torpağıdır. Ordumuzun peşəkarlığı nəticəsində ermənilərin 30 il ərzində yaratdığı qondarma rejimi məhv edildi və həmin qanunsuz rejim süqut etdi. 20 sentyabr 2023-cü ildə Azərbaycan ordusunun apardığı antiterror hadisəsi nəticəsində Xankəndi azad edildi. Oktyabrın 15-də Ağdərə, Əskəran, Xocavənd və Xocalıda Azərbaycan bayrağı qaldırıldı. Dörd il əvvəl Xankəndində çıxış edən Ermənistanın baş naziri çıxış edərək göstərmişdi: “Qarabağ Azərbaycandır və nöqtə”. Çünki Ermənistan arxasında duran dövlətlərin yalan vədlərinə inanaraq yenə də terror hərəkətlərini davam etdirirdilər. Lakin bundan sonra hər kəs bilməlidir ki, bizimlə heç kim zarafat edə bilməz. Biz isə döyüş meydanlarında qan tökərək, şəhidlər verərək sübut etdik ki, Qarabağ Azərbaycandır. Əgər Ermənistan dövləti yenə də nəyəsə inanırsa hal-hazırda Xankəndindəki təşkil olunmuş parada baxsın. Hal-hazırda burada 1000 nəfərdən çox ordumuz var. 100 minlərlə igidlərimiz isə dövlətimizin ərazi bütövlüyünün qorunmasında canından belə keçməyə hazırdırlar. XXI əsrdə heç bir ordu bizim qədər peşəkarlıq, fədakarlıq göstərməmişdir .Heç bir xalq öz torpağını bu qədər əziz tutub, ölümə getməyə hazır olmamışdır.
Ofelya Cəfərova
Nəsimi rayonu 164 N-li tam orta məktəb