Başqa rayonlarda olmayan su Qazaxda daşır.
Heftelik.az-ın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsində parlamentin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov deyib.
“Başqa rayonlara lazım olan su orada daşır. Su strateji məsələdir. Kür çayının sahillərini mütləq möhkəmləndirmək lazımdı. Bu iş dövlət tərəfindən həyata keçirilsə, su həm Qazaxa, həmdə digər rayonlara ən yüksək səviyyədə çatdırılacaq”, – deyə deputat bildirib.